"Orada ikinci Qəzza hadisələri təkrarlanmamalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında deyib.

O, jurnalistlərin Hizbullah və İsrail arasındakı savaş kontekstində Livanın gələcəyi ilə bağlı suala cavabda bildirib ki, "Hzibullah" çökməlidir, ancaq bu, Livanın ikinci Qəzza olmasına vəsilə olmamalıdır: "Qəzzadakə vəziyyətin Livanda təkrarlanmasını görmək istəmirik, görməməliyik. Bu, əlbəttə ki, qəbuledilməzdir. Netanyahunun bu yöndəki bəyanatı ilə razı deyilik. Ancaq Livan xalıqnın da liderinin kim olduğu artıq aydınlaşmalıdır. Təbii ki, İsrail, ABŞ və ya regionun ölkələri Livan xalqına liderlərinin kim olduğunu diqtə etməməlidir. Ümid edirik ki, Livanın siyasi sistemi bu çıxılmaz vəziyyətdən çıxa biləcək və Hizbullah sonda Livan siyasətində indiki gücünü itirəcək qədər tənəzzül edəcək".

Lamiyə Əhmədli

MİA.AZ