İsrail işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə və onların mülklərinə, eləcə də ictimai obyektlərtə basqınları səngitmir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Qeüyd edilib ki, israilli hərbçilər Beytüllahm, Ramallah və Nablus şəhərlərində ötən gecədən başlayaraq silsilə hücumlar həyata keçirir: "Onlar gecə Nablusun şərqindəki Beyt Furik şəhəri yaxınlığındakı məscidə və Tana kəndindəki Əl-Vahid məscidinə də basqın edib, hər iki məscidi boşaldıblar. Bundan başqa, İsrail hərbçiləri Ramallahın şərqindəki Deyr Dibvan qəsəbəsi yaxınlığında Fələstin torpaqlarında bir fələstinlinin əlindən avtomobilini zorla alaraq ələə keçriblər. Bununla yanaşı, bir çox evlərə soxularaq qanunsuz axtarışlar aparıblar".

Agentlik yazıb ki, İsrail ordusu Nablusun şərqinə də basqın edərək Əbu Felah kəndinin girişində hərbi nəzarət məntəqəsi qurub: "Beytləhmdə isə İsrail əsgərləri və israilli radikal qruplar Fələstin torpaqlarını qəsb edib, bu zaman bir fələstinli də saxlanılıb".

Xəbərdə deyilir ki, işğal altındakı İordan çayının qərb sahilində 451 min, Şərqi Qüdsdə isə təxminən 230 min israilli Fələstin torpaqlarını qəsb edib: "Beynəlxalq hüquqa və İsraillə anlaşmaya əsasən, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə bu qəsblər qanunsuz sayılır".

Tahir Şəlvəli

MİA.AZ