"La Casa de Papel" serialındakı "Marsel" obrazı ilə daha da məşhurlaşan Luka Peros TRT1-də izləmə rekorduna yüksələn "Mehmed: Fəthlərin Sultanı" serialında oynayacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur Hollivud aktyoru Qassan Məsudla yanaşı, "La Casa de Papel" serialındakı "Marsel" obrazı ilə tanınan Luka Peros da artıq serialın heyətinə qatılıb.
Peros serialın 18-ci bölümündən başlayaraq tamaşaçılarla görüşəcək: "O, İstanbulun Osmanlılar tərəfindən fəthi zamanı Bizans İmperatorluğunun son dövrlərində şəhərin müdafiəsində mühüm rol oynamış qala komutanı "Giovanni Giustiniani" obrazını canlandıracaq".
Ləman
MİA.AZ