İsrailin 369 gündür hücum elədiyi Qəzzada ölənləri sayı 42 mini ötüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 24 saatda Qəzzada daha 45 nəfər ölüb, 130 nəfər yaralanıb: "Bununla da 7 oktyabr 2023-dən bəri Qəzza zolağında ölənlərin sayı 42 min 10-a, yaralıların sayı isə 97 min 720-yə çatıb".
Tahir
MİA.AZ