Bir neçə gün əvvəl İstanbulda gənc Semih Çelik tərəfindən birinin başı kəsilməklə, iki qızın vəhşicəsinə qətlə yetirilməsi Türkiyəni "ayağa qaldırıb".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkəni sarsan bu hadisəyə şou aləmindən də ard-arda etirazlar olunub.
Məşhur müğənni Sibel Canın açıqlaması isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
O, yuxarıda sözügedən qətlllərə belə münasibət bildirib: "Mənim özüm təhlükəsiz şəraitdəyəm. Yəni, məndən başqa hər kəsin həyatına təhülkə var. Bu, çox aydındır”.
Müğənni artıq ölkədə qadınların hər an öldürə biləcəyini iddia edib və ölkənin təhlükəsizlik sistemindəki boşluqlara diqqəti çəkib.
Ləman
MİA.AZ