Kamal Kılıçdaroğlu CHP sədri Özgür Özəllə Manisa Şehzadeler Bələdiyyə sədri Gülşah Durba arasında izli eşq yaşandığına dair ortaya atılan xəbərlərə sərt reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlu bu xəbərlərin qəsdən qurulmuş təxribat olduğunu deyib.
"Sessizliyimi eşidib, udqunduğumu görənlərə salam olsun. Cənablar, ağlınızı başınıza yığın. Ölkəmizin problemləri ilə məşğul olun, hansı ki, ölkəmizə uşurumun kənarındadır. Bu ölkənin bu vəziyyətə gəlməsinin memarı olan sarayla mübarizə aparın.
Bir ildən artıqdır ki, müəyyən dairələr tərəfindən partiyamızı və məni hədəfə alan sistemli bir təxribat aparılır. Partiya daxilində və xaricdə siyasətçilərdən və jurnalistlərdən ibarət bu komandaları kim, hansı məqsədlə həvəsləndirib, maraqlıdır. Heç vaxt şəxsimə qarşı belə iyrənbc oyunları qabartmadım, belə oyunlar üzərindən siyasət aparmadım. Çox təəssüf ki, belə "Qurban ədəbiyyat"ları Ərdoğanın taktikasıdır. Yaxın ətrafım bilir ki, bələdiyyə sədrimizin (Gülşah durbanı nəzərdə tutur - Mia.az) səhhətinə görə çox kədərliyəm. Allahdan ona tez şəfa diləyirəm. Bu çirkin əməliyyatı təşkil edənləri isə lənətləyirəm".
Kılıçdaroğlu daha sonra bildirib ki, qadınları qoruyacaq, övladlar sipər olacağıq, gənclərə dayaq duracaq: "Meşələrimizi, dənizlərimizi, dərələrimizi, vətənin hər qarışını qoruyacağıq".
Firudin Səfərli
MİA.AZ