İsrailin yenidən hücumlarını artırdığı Qəzzanın şimalında 400 min fələstinli mühasirə vəziyyətində çarəsiz qalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini açıqlama verib.
O bildirib ki, İsrail ordusu onları yenidən köçə məcbur edir: "Bu insanlar artıq hara köç edəcəklərini bilmir, çarəsizcə gözləyirlər...."
Lazzarini bu bölgəəd aclığın da hğkm sürdüyünü deyir: "Artıq aclıq çox təhlükəli xarakter alıb. Bu, dərin narahatlıq yaradır. Üstəlik, İsrailin təxliyə tələbi uşaqlar üçün poliomielit kampaniyasının ikinci mərhələsini də sual altına qoyur. Halbuki, o uşaqlar daha yaxşı gələcəyə layiqdir".
Tahir Şəlvəli
MİA.AZ