İsrail ordusu Livanın bir çox bölgələrinə son 24 saatda fasilələrlə bomba yağdırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi günlük statistik məlumatı yayıb.
Nazirlikdən bildirilib ki, son 24 saatda həyata keçirilən hücumlarda 36 nəfər ölüb, 150 nəfər yaralanıb: "Bununla da 8 oktyabr 2023-cü ildən Livana hücumda ölənlərin sayı 2 min 119-a, yaralıların sayı isə 10 min 19-a yüksəlib".
Tahir Şəlvəli
MİA.AZ