Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin Türkiyəyə mümkün hücumu ilə bağlı qapalı dinləmə keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğanın "İsrailin növbəti hədəfi Türkiyədir" xəbərdarlığından sonra ana müxalifət partiyası olan CHP parlamentin qapalı iclasının çağırılmasını və burada hökumətin partiyaları məlumatlandırmasını tələb etmişdi.
Dünən Türkiyə Böyük Millət Məclisi bu tələb üzrə qapalı iclas keçirib.
Məlumata görə, bölgədəki son hadisələrin müzakirə edildiyi qapalı iclasdan əvvəl TBMM-dəki mətbuat büroları boşaldılıb, deputatlardan başqa hər kəs zaldan çıxarılıb.
İclasdan sonra yerli mətbuata açqılama verən CHP sədri Özgür Özəl deyib ki, TBMM-də 10 il gizli qalacaq müzakirədə yeni bir məlumat açıqlanmayıb.
CHP lideri deyib ki, deputatlara hesabat verən XİN başçısı Hakan Fidanla Müdafiə naziri Yaşar Gülər prezident Ərdoğanın ənənəvi səsləndirdiyi və indiyə qədər mətbuatda ehtimallara söykənən yazılardan savayı fərqli ciddi nəsə söyləməyiblər: "Onlar bizim bilmədiyimiz bir şey demədilər. Buradan xalqa səslənir və deyirəm: Ərdoğanın bu barədə dediklərindən Türkiyə narahat olmasın, ölkəmizə hər hansı hücum planı-filanı yoxdur. Dediklərinin altını dolduracaq əsaslı dəlil, məlumat yoxdur, boş söz yığınıdır".
Özgür Özəl bildirib ki, Ərdoğan iqtidarı "İsrail Türkiyəyə hücum çəkəcək" sözləri ilə ölkədı təlaş yaratmaq və bununla da daxildə olan bütün problemlərdən diqqəti yayındırmaq istəyir: "Yenə deyirəm, axşam telekanallarda çıxış edənlərin dediklərindən başqa heç nə deyilmədi. İsrailin Türkiyəyə hücum planı yoxdur, gpözlənilmir də. Biziç şübhəmiz var idi deyə qapalı iclas istədik. ancaq gördük, əmin olduq ki, Ərdoğan Türkiyənin ən çox danışılan işsizlik və yoxsulluq problemindən, təqaüdçülər və əkinçilərin etirazlarından, CHP-nin ilk partiya kimi daha da güclənməsində narahatdır. O, bu səbəbdən xalqın diqqətini mifoloji istiqamətə yönəltmək istəyir. Odur ki, ona inanmayın...",
Samir Musayev
MİA.AZ