Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədov ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Çumhurbaşkanlığı tərəfindən açıqlama verilib.

Bildirilib ki, tərəflər Türkiyə ilə Türkmənistan arasındakı əlaqələr, regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.

Ərdoğan iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün çalışmaları vacib sayıb.

Sonda Prezident Ərdoğan Türkmənistanın Müstəqillik Gününü təbrik edib.

Lamiyə Əhmədli

MİA.AZ