İstanbul su ilə təmin edən barajlarda suyn səviyyəsi son 10 ilin ən aşağı səviyyəsinə enib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) statistik məlumat yayıb.

Statistik hesabata əsasən, İstanbulu su ilə təmin edən barajlarda ortalama doluluq 36,48 faiz həddinə düşüb: "İl ərzində ən yüksək doluluq nisbəti aprel ayında 82,62 faiz olub. Hazırda isə su ehtiyatı İsrancalar barajında 19,33 faiz, Terkosda 52,21, Sazlıdərədə 47,33, Alibeydə 7,41, Büyükçekmecede 39,19, Ömərlidə 40,92, Darlıkda 56,15, Elmalıda 17,21, Pabuçderedə 4,53 və Kazanderedə 4,53 faizdir. Yəni, artıq bəzi arajlar qurmuzq həddinə çatıb".

Məlumatda deyilir ki, şəhərin sutkalıq orta istehlakı 3,2 milyon kubmetrdir.

Samir Musayev

MİA.AZ