Terror təşkilatı "Əl-Qaidə"nin öldürülən lideri Usamə Bin Ladenin böyük oğlu Ömər Bin Ladenin Fransaya girişinə birdəfəlik qadağa qoyulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Retailleau açıqlama yayıb.
Nazir xatırladıb ki, uzun illərdir İngiltərə vətəndaşı həyat yoldaşı ilə Normandiya bölgəsinin Orne əyalətində yaşayan Ömər Bin Laden 2023-cü ildə sosial media hesablarında “terror təbliğatı” aparıb və bu paylaşımlar nəticəsində Orne Qubernatorluğu Bin Ladeni ölkəni tərk etməyə məcbur edib: "Daha sonra milli təhlükəsizlik üçün qəbul edilən bu qərarın qanuniliyi Fransa məhkəməsi tərəfindən təsdiqlənib. Bu səbəbdən Bin Ladenin Fransaya girişi birədəfəlik qapadılıb".
Xəbərdə deyilir ki, oğlu Bin Laden 2016-cı ildən 2023-cü ildə ölkəni tərk edənə qədər Ornedə yaşayıb.
Usamə Bin Ladenə gəldikdə, 2011-ci ildə ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistanın Abbottabad rayonundakı evinə basqınla öldürülüb.
Samir Musayev
MİA.AZ