CHP lideri Özgür Özəl ilə Manisa Şehzadeler Bələdiyyə sədri Gülşah Durbay arasında "gizli eşq" xəbərləri Türkiyə siyasətinin gündəmini "zəbt" edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yayılan xəbərlərə MHP lideri Dövlət Baxçalı sərt reakisya verib.
O, bu cür xəbərlərin FETÖ taktikası olduğunu vurğulayan Baxçalı deyib ki, belə qurşaqdan aşağı zərbələr qəbuledilməzdir: "Özgür bəyin şəxsi həyatı ilə bağlı iddialar siyasətimizin mövzusu ola bilməz. FETÖ taktikasına və şərəfsiz hərəkətlərə tamamilə qarşıyıq".
Samir Musayev
MİA.AZ