Kino və teleserial sənayesinin məşhur aktyorları reklam sahəsində qazandıqları qazancı ilə diqqət çəkir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serial aksrisalarının qazandığı reklam gəlirləri heyrət doğurur.

Türkiyə mətbuatı yazır ki, “Yalı Çapkını” və "Fazilet Hanım və Kızları" ilə şöhrət qazanan aktrisa Afra Saraçoğlu reklamlardan il ərzində 18 milyon TL (təxminən 90 milyon manat) qazanır: "Seriallardakı performansı ilə tez-tez tənqid hədəfinə çevrilən Hande Erçel də reklamlardan böyük pullar qazanır. O, bir çox məşhur brendlərin "qəlbini oğurlayaraq" ildə 16 milyon "qapazlayır". "Şahmaran" serialının gözəl ulduzu Serenay Sarıkaya ilə akustik mahnıların kraliçası Zeynep Baştıkın illik reklamgəliri isə 20 milyon TL civarındadır".

Xəbərdə deyilir ki, qadınlar arasında ən çox gəlir əldə edən aktrisa isə Demet Özdemirdir: "O, 25 milyon TL-ni rahatlıqla cibə endirir".

Ləman

MİA.AZ