HƏMAS-ın hərbi qanadı sayılan "Kassam Tuqayları" İsrailin Qəzzaya hücumunun ildönümü ilə bağlı bir neçə əməliyyatın görüntülərini paylaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərin birində israilli hərbçi snayperlə vurulur.

Digər görüntüdə isə bir qrup İsrail hərbçisi uzaqdan idarə olunan bombanın partladılması nəticəsində öldürülüb.

Elə həmin görüntünün ardınca "Kassam Tuqayları" "yasın105" adlı raketlə İsrail ordusuna məxsus bir hərbi maşını vurmaları barədə görüntü yayıblar.

HƏMAS iddia edib ki, hər üç hücum zamanı İsrail xeyli canlı itki verib.

İsrail ordusu isə yayılan görüntülərə hələlik rəsmi münasibət bildirməyib.

Tahir Şəlvəli

MİA.AZ