İsrail Qəzza zolağının şimalına hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail aviasiyasi bu gün ikinci dəfə Cibaliye Qaçqınlar Düşərgəsini bombardman edib: "Bu dəfə Əbu Kamer bölgəsinə edilən hücumda 13 nəfər həyatını itirib, xeyli mülki şxəs isə yaralanıb. Bundan əlavə, çoxlu sayda bölgədəki evlər və iş yerləri də zərər görüb".
Xatırladaq ki, bundan bir neçə saat əvvəl də İsrail Cibaliye Qaçqınlar Düşərgəsini bombalayıb. Həmin hücum zamanı azı 10 nəfər ölüb.
Tahir Şəlvəli
MİA.AZ