"Real Madrid" daha bir futbolçunun müqaviləsini uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Real Madrid" "Vilyarreal"lə oyunda diz çarpaz bağları qopan və mövsümü başa vuran Dani Karvahalın müqaviləsini 2026-cı il iyunun 30-na kimi artırıb.

Klubdan bildirilib ki, futbolçuya mülaicə prosesində də hər cür dəstək veriləcək.

Xatırladaq ki, Karvahal "Real Madrid"də indiyədək 427 matçda 14 qol vurub, 65 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ