"Qalatasaray"ın 38 yaşlı uruqvaylı qapıçısı Fernando Muslera özünə yeni klub satın alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  o, vətəni Uruqvayda 3-cü Liqada mübarizə aparan "Sportivo Bella Italia"nın yeni sahibi olub.

Musleranın yeni klubuna nə qədər pul sayması bəlli deyil.

Ancaq aydın olub ki, təcrübəli qolkiperin mövsümün sonunda Türkiyədən vətəninə dönmə niyyəti qətidir.

Fərid Aslan

MİA.AZ