Şimali Koreya Rusiya ilə münasibətlərini pisləyən NATO-ya etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyi NATO-nun Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələri pisləməsini qəbuledilməz sayıb: “NATO ABŞ-ın döyüş alətindən başqa bir şey deyil. Şimali Koreya NATO-nun qeyd edilən bəyanatını rədd edir. Əgər NATO Şimali Koreyanın maraqlarını pozmağa davam edərsə, bunun səbəb olacağı faciəvi nəticələrə görə tam məsuliyyət daşıyacaq”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib. Səfər zamanı  tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb. NATO isə Şimali Koreyanı Ukraynaya qarşı Rusiyaya silah verməkdə ittiham edir.

Firudin Səfərli

MİA.AZ