Müğənni Bahar Lətifqızı oxuduğu toydan pulunu ala bilməyərək qayıdıb.

Bu barədə müğənni özü sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, gecə saat 11 tamamda dəvət olunduğu toydan çıxıb və toydan onu əliboş yola salıblar.

“Toya öz ansamblımla yox tək dəvət olunmuşdum. Məni müşayiət edən ansamblın səs texnologiyası bərbad vəziyyətdə idi.Hər nə qədər çalışsam da istədiyim effekti ala bilmədim. Toy sahibi irad bildirdi. Əsəbiləşmişəm, mənim pulumu vermir, barı musiqiçilərin pulunu versin. 6 saat canlı canlı toy oxumuşam. Allaha həvalə edirəm” deyə müğənni bildirib(lent).