İsrail ordusu Qəzza zolağının mərkəzi hissələrindəki Əqsa Şəhidləri Xəstəxanasının həyətində bomba atılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu baərdə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusuna məxsus PUA-lar Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının həyətində quraşdırılmış və fələstinli qaçqınların çadırlarını bombalayıb: "Nəticədə aralarında uşaqlar və jurnalistlərin də olduğu 11 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib".
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında 41870 fələstinli ölüb, 97166 nəfər yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ