İsrail ordusu Qəzza zolağının şimalına ağır zərbələr endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Cibəliyyə və Beyt Lahiya qəsəbələrinə azı 100-dək aviasiyadan bombalar atılıb.
Məlumata görə. nəticədə onlarla ictimai obyektlər, məktəblərdə və müxtəlif yaşayış mərkəzlərində böyük dağıntılar yaranıb: "Ən azı 30 nəfər isə həyatını itirib. Yaralıların sayı isə dəqiqləşdirilir..."
Xəbərdə o da deyilir ki, İsrail ordusunun təyyarələrindən Qəzza zolağının şimalındakı ərazilərin boşaldılmasını tələb edən vərəqələr yayıb: ""Müharibənin yeni mərhələsindəyik” başlıqlı vərəqələrdə HƏMAS-ın yenidən toparlanmağa çalışdığı bu bölgədə genişmiqyasılı əməliyyatın siqnalı verilib..."
Tahir Şəlvəli
MİA.AZ