İsrailin Livana həm qurudan,həm də havadan fasiləsiz hücumları davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin Livana son sutkadakı aviasiya hücumunda ən azı 23 nəfər ölüb, 93 nəfər isə yaralanıb.

Faktı Livan Səhiyyə Nazirliyinə bağlı Xalq Sağlamlığı Təcili Əməliyyatlar Mərkəzi təsdiqləyib.

Açıqlamaya görə, İsrail dünən Livanın cənubunda yerləşən Nabatiyeh, Bekaa, Baalbek Hirmil və Cebel havadan ağır zərbələr endirib: "Nəticədə 23 nəfər həyatını itirib, 93 nəfər isə müxətlif dərəcəli bədən xəsarətləri alıblar. Bu itkiylə İsrailin 23 sentyabrda Livana qarşı başlatdığı hücumlarda ölənlərin sayı 1204 nəfərə çatıb. 3411 nəfər isə yaralı var".

Livan rəsmi mənbələrinin məlumatına görə, İsrailin hücumları nəticəsində 1 milyon 200 mindən çox insan qaçqın düşüblər.

Tahir Şəlvəli
MİA.AZ