"Qarabağ"ın adını dəyişib eləsinlər "Azərsun FK"...

Tərifini göylərə qaldırdığınız Qurban Qurbanovu da aparıb qoysunlar, yaman günə olan  "Kəpəz" klubunun baş məşqçisi. Görüm bu klubu Azərbaycan çempionatında ilk beşliyə çıxara bilərmi? Hay çıxardı, hay... 

Normal heyət yoxdursa, baş məşqçi nə qədər AS biri olsa da ortaya nəticə qoya bilməyəcək. "Qarabağ"ın heyəti artıq köhnəlib. Komanda əvvəlki kimi döyüşə bilmir. Sanki komandanın ruhu ölüb, əvvəlki  "Qarabağ"dan əsər-əlamət yoxdur...

Yeni transferlərə ehtiyac var.Tahir Gözəl də xəsisliyinə salıb yeni oyunçular almır.

"Qarabağ" qələbəmizin simvoludur-zad söhbətlərinə də ehtiyac yoxdur. Zamanında qələbə çalıb özləri üçün pul qazanıblar, Tahir Gözəl ciblərini doldurub. O qələbələrin əldə olunmasında komandaya ümumxalq dəstəyi də rol oynayırdı və bu dəstək  komandaya əlavə ruh verirdi. Sonra insanlarımız gördü ki, "Qarabağ" vəhabi kontoruna çevrilir, oyunlara əvvəlki kimi can qoyulmur, ona görə də tədricən dəstək də səngidi.

"Malmö" ilə sonuncu oyunu gördüz. Avroliqa oyunu keçirilirdi, stadionda boş yerlərin sayı xirtdəyə qədər idi. Yoxdur artıq əzəli azarkeş dəstəyi və bu belə də davam edəcək. Çünki əvvəlki "Qarabağ" da yoxdur.  Tahir Gözəl öldürdü bu komandanı. Yaxşısı budur adını da dəyişib #Azərsun FK eləsin...

Nicat Dağlar

Missiya.az saytının rəhbəri

P.S.Yazı Jurnalistin Feysbuk sosial mediadakı səhifəsindən götürülüb!

MİA.AZ