Avropa yarışlarında ardıcıl 4 məğlubiyyətlə üzləşən "Qarabağ" Futbol Klubu fövqəladə iclas keçirib.
Mia.az Supersport.Az-a istinadla bildirir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün "Ruslan-93" idman kompleksində təşkil etdiyi təcili toplantı zamanı futbolçulara bərk qəzəblənib.
Təcrübəli mütəxəssis, futbolçuları sərt tənqid edib, məğlubiyyətlərdən dərs almağı tapşırıb, onlara bəzi qadağalar da qoyub və heç kimə güzəşt edilməyəcəyini bildirib.
Xatırladaq ki, dünən Avropa Liqasının liqa mərhələsinin ikinci turunda "Malmö"yə də məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bəzi futbolçularından gileylənib, onların formalarından uzaq, az istəkli olduqlarını söyləyib.