Polşa bu il şərq sərhədində fortifikasiya qurğularının inşasına başlayacaq.

Bunu ölkənin milli müdafiə nazirinin müavini Tsezari Tomçik deyib.

Onun sözlərinə görə, “Şərq qalxanı” adlanan layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Layihə çərçivəsində sərhədin təxminən 800 kilometr uzunluğunda olan hissəsində fortifikasiya elementləri quraşdırılacaq./Report