Qoç (21 Mart - 19 Aprel)

Bugün işlərinizdə bir qədər diqqətli olmağınız vacibdir. Ətrafınızdakıların sizdən gözləntiləri yüksək olacaq. Yaxşı düşünülmüş qərarlar vermək və tələskən hərəkətlərdən çəkinmək uğurlu nəticələr gətirə bilər.

Buğa (20 Aprel - 20 May)

Həm maliyyə, həm də şəxsi münasibətlərdə stabillik axtarışındasınız. Ancaq çox inadkarlıq göstərməkdən qaçın, çünki yaxınlarınızla anlaşılmazlıq yaşaya bilərsiniz. İntuisiyanıza güvənin və sakit qalmağa çalışın.

Əkizlər (21 May - 20 İyun)

Yeni dostluqlar və sosial əlaqələr üçün əlverişli gündür. Enerjiniz yüksəkdir, bu da ünsiyyətlərdə sizi daha cazibədar edəcək. Sərfəli təkliflər və maraqlı müzakirələr gözlənilir.

Xərçəng (21 İyun - 22 İyul)

Bu gün ev və ailə ilə bağlı məsələlər ön plana çıxa bilər. Duyğusal ehtiyaclarınızı ödəmək üçün yaxınlarınızla vaxt keçirməyə çalışın. İş yerində isə daha sakit qalmaq və gərgin mühitdən uzaq durmaq məsləhətdir.

Şir (23 İyul - 22 Avqust)

İctimai həyatda parlaq bir gün yaşaya bilərsiniz. Şəxsi inkişafınıza təsir edən müsbət əlaqələr qura bilərsiniz. Yeni fürsətlər və ideyalar önünüzə çıxa bilər. Bu gün irəliyə doğru böyük addımlar ata bilərsiniz.

Qız (23 Avqust - 22 Sentyabr)

Maliyyə məsələlərində diqqətli olmaq lazımdır. Büdcənizə nəzarət etməyə və planlaşdırmaya vaxt ayırın. Bu gün həm də sağlamlığınıza diqqət yetirmək üçün əla bir fürsətdir.

Tərəzi (23 Sentyabr - 22 Oktyabr)

Romantik münasibətlərdə yeni inkişaflar ola bilər. Yeni başlanğıclar və təkliflər sizə özünüzü daha yaxşı hiss etdirəcək. Harmoniya və sülh axtarışınız bu gün reallaşa bilər.

Əqrəb (23 Oktyabr - 21 Noyabr)

Bu gün işinizdəki gərginlikləri idarə etmək çətin ola bilər, amma duyğularınızı idarə etsəniz, hər şeyin öhdəsindən gələcəksiniz. Dərin düşüncələr və intuisiyanıza güvənərək qərarlar verin.

Oxatan (22 Noyabr - 21 Dekabr)

Səyahət və macəra üçün əla bir gündür. Yeni yerlər kəşf etmək və fərqli təcrübələr yaşamaq arzusu sizi hərəkətə keçirə bilər. Həyatınıza rəng qatacaq hadisələr yaşaya bilərsiniz.

Oğlaq (22 Dekabr - 19 Yanvar)

Peşəkar həyatda irəliləyişlər gözlənilir. Planlarınızı həyata keçirmək üçün düzgün vaxtdır. Lakin şəxsi həyatınızda gərginliklər ola bilər, buna görə də balansı saxlamağa çalışın.

Dolça (20 Yanvar - 18 Fevral)

Yaradıcı və qeyri-adi fikirlər ortaya çıxarmaq üçün ideal gündür. Komanda işində liderlik keyfiyyətlərinizi göstərə bilərsiniz. Yeni layihələrə başlamaq üçün əla fürsətlər olacaq.

Balıqlar (19 Fevral - 20 Mart)

Bugün özünüzə daha çox diqqət yetirməlisiniz. Emosional baxımdan həssas ola bilərsiniz, buna görə də rahatlamağa və dincəlməyə vaxt ayırın. Gələcək planlarınızı yenidən nəzərdən keçirmək faydalı olacaq.

Milli.Az