Bakı Ekspo Mərkəzində kitab sərgisidir. Qapının ağzında balaca bir stol qoyub kitablarımı satıram. Bu qədər sərgilərdə iştirak etmişəm, hələ belə zəif sərgi görməmişəm.
Mia.az xəbər veirr ki, bu söpzləri Kəramət Böyükçöl deyib.
O bildirib ki nəşriyyatlar, kitab satanlar narazılıq edir: "Hərə bir səbəb gətirir. Biri deyir, təşkilatçılıq zəif olub, biri deyir, camaatda pul yoxdur. Biri deyir, yer uzaqdır. Amma, məncə, səbəb başqadır. Demək, sərginin ilk açılış günündə Mədəniyyət naziri Adil Kərimli yaxınlaşıb salamlaşdı, hal-əhval tutdu. Yazıçılar Birliyinin sədri Anar da nazirin yanında idi. Aşıq Ələsgərin heykəlinə oxşayırdı. Nazir məni Anar müəllimə göstərdi ki, bəs Kəramət Böyükçöl də burdadır. Anar başını qaldırıb üzümə elə nifrətlə baxdı, sonra da mızıldaya-mızıldaya öz-özünə nəsə danışa-danışa çıxıb getdi. Bununla da sərgi məhv oldu".
Ləman
MİA.AZ