MHP sədri Dövlət Baxçalının xidməti maşınında əlini öpmək istəyən sabiq daxili işlər naziri və AK Partiyanın İstanbuldan deputatı Süleyman Soylunun bu addımı böyük əks-səda doğurub.
Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına əsasən, yayılan videodan aydın olur ki, Baxçalının əlini öpmək üçün avtomobilin içinə doğru əyilsə də, MHP lideri ona bu imkanı verməyib.
Partiya sədri sabiq nazirin əlöpmək istəyini “Əstağfurullah” deyərək nəzakətlə geri çevirib.
Bu fakt Türkiyədə geniş müzakirə yaradıb.
Firudin Səfərli
MİA.AZ