İsrail Livanın cənubunda - Litani çayının şimalında yaşayan əhaliyə müraciət edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə israil ordusunun mətbuat katibi Aviçay Adraee açıqlama verib.
O, İsrail ordusunun şimaldan Livana daxil olmasını xatırladaraq, Livanın cənubundakı Litani çayının şimalında bir çox kənd və qəsəbələrin əhalisinə səslənib. Mətbuat katibi ordunun adından çıxış edərık, evlərin boşaldılmasını tələb edib.
Aviçay Adraee 35 kənd və qəsəbənin adlarını sadalayaraq, İsrailin ora genişmiqyaslı hücuma hazırlaşdığını açıqlayıb.
Zülfiyyə
MİA.AZ