"Qalatasaray"ın baş məşqçisi ilə hücumçusu cəzalandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF-nin Peşəkar Futbol İntizam Şurası qərar verib.

Qərara əsasən, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk və hücumçusu Mişi Batşuayi cərimələniblər: "Onların hər birinə 117 min TL (təxminən 5800 manat-Mia.az) cərimə kəsilib".

Xəbərdə deytilir ki, Okan Buruk 3-3 bitrən "Kasımpaşa" matçında hakimi təhdid etməkdə, Batşuayi isə 3-1 bitən "Fənərbağça" derbisindəki qeyri-idman hərəkətinə görə cəzalanıblar.

Fərid Aslan

MİA.AZ