Bu gün Avropa Liqasının ikinci turunda səfərdə "Tvente"nin qonağı olacaq "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo oyuna yaxşı hazırlaşdıqlarıını deyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran baş məşqçinin sözlərinə görə, çox yaxşı komandaya qarşı oynayacaqlar.
Joze Mourinyo deyib ki, rəqibin güclü tərəflərini bilir: "Komanda şəklində əla oynayırlar, yaxşı müdafiə olunur, lazımı məqamda koamnda geri çəkiməyi və kompakt davranmağı mənimsəyiblər".
Baş məşqçi deyib ki, bazar günündən bu oyuna hazırlaşlar: "Mən hansı komandanın başında olurmsa olun, fərq eləməz. Çalışdığım klubları bir-birindən ayırmıram. Hər bir klubun hədəfləri var. Kluba gələndə onların layihələrini qəbul edirsən. "Real Madrid"lə İspaniya La Liqasını qazanmaqla Türkiyədə "Fənərbağça"nın başında çempionluğu qazanmaq arasında heç bir fərq yoxdur. Düzür, Türkiyə futbolunda hələ də öyrənməyə çalışdığım şeylər var...".
Qeyd edək ki, "Fənərbağça" - "Tvente" oyunu Bakı vaxtilə saat 23.00-da oynanılacaq. matç TRT SPOR kanalında canlı yayımlanacaq.
Fərid ASLAN
MİA.AZ