İsrail Livan-Suriya sərhədindəki məntəqəni bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələri rəsmi açıqlama yayıb.

Bildirilib ki, səhərə yaxın İsrail aviasiyası Livan-Suriya sərhədindəki Əl-Məsnə Sərhəd-Keçid Məntəqəsinə zərbə endirib.

Məlumata görə, nəticədə sərhəddə gediş-gəliş dayanıb, ölən və yaralananlar var: "Hazırda onlarla bağlı dəqiqləşmələr aparılır".

Tahir Şəlvəli

MİA.AZ