2024-cü ilin mart ayının 31-də keçirilən bələdiyyə seçkilərində qazandığı üstün səslə AK Partiyanın nəzarətində olan bir çox bələdiyyələri "ələ keçirən"  ana müxalifət partiyası CHP hər keçən gün nüfuzunu yüksəldir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən parlament seçkisində Ərdoğanın lideri olduğu AK Partiyaya böyük fərqlə uduzan Özgür Özəlin lideri olduğu CHP aradakı "nüfuz itkisi"ni bərpa etmək üzrədir.

Məlumata görə, bu, keçirilən son sosialoji sorğu ilə özünü təsdiqləyb.

Belə ki, ORC Araşdırma Mərkəzi  sentyabr ayında 4 min 280 nəfərin arasında “Bu bazar günü parlament seçki olsa, hansı partiyaya səs verərdiniz?” sualı ilə sorğu keçirib.

Açıqlanan nəticəyə gərə, respondentərın cavab faizi belə olub:

AKP: 30,9 faiz

CHP: 30,3 faiz

Xatırladaq ki, 14 may 2023-cü ildə keçirilən parlament seçkisində AK Partiya səslərin 35,61 faizni, CHP isə 25,33 faizni qazanmışdı. İndisə sorğudan görünür ki, aradakı bu böyük fərq artıq 0.6 faiz həddinə enib.

Onu da qeyd edək ki, sorğudak digər sıralama isə aşağıdakı kimidi:

MHP: 11,4 faiz

DEM Partiyası: 8,5 faiz

Yenidən Rifah Partiyası: 4,9 faiz

İYİ Partiya: 3,9 faiz

Zəfər Partiyası: 3,6 faiz

Böyük Birlik Partiyası: 2,3 faiz

TİP: 1,4 faiz

Digər: 2,8 faiz.

Firudin SƏFƏRLİ

MİA.AZ