"Beşiktaş" və "Antalyaspor"un keçmiş baş məşqçisi Sergen Yalçına Almaniya klubundan təklif gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Almaniya təmsilçisi "Şalke" ona baş məqşçi postunu təklif edib.

Hazırda işsiz olan Sergen Yalçın yayılan xəbəri təsdiqləyib: "Bəli, hazırda "Bundesliqa 2"dıə çıxış edən məşhur "Şalke 04"dən belə təklifaldım. Amma indi məşqçilik etməyi düşünmürəm".

Sergen Yalçın təklifdən imtinasını yarızarafat belə izah edib: "Burda rahatam, qış gəldi. Şərhçilik edirəm, studiya gözəldir, geyimimiz gözəldir, rənglərimiz gözəldir, söhbət axarında gedir..."

Fərid Aslan
MİA.AZ