UEFA Avropa Liqasının ikinci turnda "Fənərbağça"nın Hollandiyanın "Tvente" komandası ilə səfər matçının hakimi bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oktyabrın 3-də Bakı vaxtilə saat 23.00-da başlayacaq oyunu İngiltərə Futbol Federasiyasından Kris Kavana idarə edəcək.
Məlumata görə, "De Grolsch Veste" stadionunda keçiriləcək oyunun yan hakiməri Li Betts və James Mainvarinq olacaq: "Matçın dördüncü hakimi Sem Barrot təyin edilib".
Fərid ASLAN
MİA.AZ