İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Hebron şəhərindəki Hərəm-i İbrahim məscidini bağlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səbəb isə İbrani təqvimi ilə dini yeni il “Roş-Ha-Şana” bəhanəsi gətirilib.
Hebron Vəqflər İdarəsi nəzdindəki Məscidlərin rəhbəri Əkrəm əl-Təmimi deyib ki, İsrail əsgərləri İbrahim məscidi ətrafında artıq tədbirləri gücləndiriblər: "Məscid müsəlmanlara tam qapadılıb. Hətta Vəqflər İdarəsi işçilərinin də məscidə girməsinə icazə verilmir"
Məscidin müqəddəsliyinin pozulduğunu bildirən Tamimi deyib ki, israillilər məsciddə Talmud dini ayinləri, rəqsləri və şənlikləri keçirməyə hazırlaşırlar.
Firudin Səfərli
MİA.AZ