Türkiyənin "Fənərbağça" komandasının kapitanlarından olan yarımmüdafiəçi Mert Hakan Yandaş ölkəni ən çox vergi ödəyiciləri siyahısında yer alıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bursada sərnişindaşıma sahəsində fəaliyyət göstərən bir şirkət sahibi olan futbolçu 2023-cü ildə ən çox vergi ödəyənlər siyahısında 29-cu sıraya yüksəlib.
Məlumata görə, 30 yaşlı futbolçu doğulduğu Bursadan digər biznes sahələrinə də sahibdir: "Lakin onun əsas işi nəqiyyat sektorudur. O, 2023-cü ildə 9 milyon 214 min lirə vergi ödəməklə, ən çox vergi ödəyiciləri siyahısnda 29-cu sırada yer alıb".
Xatırladaq ki, Bursa Osmanqazidə doğulan Mert Hakan Yandaş peşəkar futbolçu karyerasına 2013-cü ildə "Bursaspor"da başlayıb. Daha sonra "Altınordu", "Tire 1922", "Menemen Belediye" və "Sivasspor"da forma geyinib. 2020-ci ildə "Sivasspor"dan "Fənərbağça"ya transfer olunan Mert Hakan kapitanlığa qədər yüksəldiyi sarı-göylü formada 130 matça çıxıb. O, bu matçlarda 10 qol, 22 məhsuldar ötürmə verib.
Onun İstanbul klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.
Fərid aslan
MİA.AZ