Quba rayonu ərazisində Qaraçay çayından fiziki şəxslər Elçin Mustafayev, Zaur Cəfərov və Zərbadam Məmmədovaya məxsus karxanalar tərəfindən 16027 m3 həcmində çınqıl-qum qarışığı qanunsuz götürülüb.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, faktlarla bağlı müvafiq olaraq “Az İnşaat” MMC-nin məsul şəxsi Çingiz Nəcəfov, "Bermud" firmasının məsul şəxsi Zamiq Şirinov, karxanaların iş icraçıları İlkin Ədilov, Vilayət Həsənov və Zəfər Vahabov barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub.
Həmin şəxslər qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.