Meksikada qanunsuz mühacirləri daşıyan "pikap" yük maşını atəşə tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 6 nəfər ölüb.

Meksika Müdafiə Nazirliyi Qatemala ilə sərhəddə yerləşən Çiapas əyalətində Misir, Nepal, Kuba, Hindistan və Pakistandan olan 33 qanunsuz miqrantı daşıyan "pikap" maşınına atəş açılması faktını təsdiqləyib: "Bəli, təəssüf ki, belə hal olub və atəş açan iki əsgərə cinayət işi açılıb. Fakt araşdırılır".

Nazirlik əlavə edib ki, hadisə zamanı 6 miqrant ölüb, 10-u yaralanıb.

Firudin Səfərli

MİA.AZ