İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhəri yaxınlığındakı iki kənddən fələstinliləri qovub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, boşaldılan kənddəki 3 ev isə hərbçilər üçün kazarmalara çevirilib.
Fələstinin WAFA rəsmi agentliyinın məlumatına görə, evi əlindənalınan Anin kəndinin sakini, 61 yaşlı fələstinli Yasir Yasin WAFA-ya deyib ki, İsrail ordusunun onun evinə basqın edərək ailəsini zorla qovub: "İsrail əsgərləri məni, həyat yoldaşı və oğlumu zorla evdən çıxararaq kənddən qovdu. İndi evimiz əsgərləırin yatacaq yerinə, həyətimiz isə qaraja dönüb".
Agentlik yazıb ki, daha iki ev də İsrail əsgərləri tərəfindən kazarmaya çevrilib.
Tahir Şəlvəli
MİA.AZ