Avropa İttifaqı (Aİ) İsrailin “persona non-qrata” elan etdiyi BMT-nin baş katibi Quterreşi dəstəkləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell açqlama verib.

O, İsrailin “persona non-qrata” elan etdiyi və ölkəyə girişinə qadağa qoyduğu BMT Baş katibi Antonio Quterreşi haqlı sayıb: "Ona qarşı haqsız hücumları və BMT-nin humanitar yardım işçilərinin qəbuledilməz sayda itkisini əsəblə qarşılayır və bu addımı pisləyirik. Aİ cənab Quterreşi dəstəkləyir və onun bütün münaqişələrdə, xüsusilə də Yaxın Şərqdə sülhün təmin edilməsi istiqamətində yorulmaz səylərini alqışlayır".

Avropa İttifaqı Şurasının prezidenti Çarl Mişel də İsrailin qərarını pisləyib: “Biz BMT-nin səylərini tam dəstəkləyirik və Baş Katib Antonio Quterreşin yanındayıq”. 

Xatırladaq ki, dünın İsrail administrasiyası Yaxın Şərqdə gərginliyin dərhal azaldılmasına çağıran BMT-nin baş katibi Quterreşi “persona non qrata” elan edib, onun ölkəyə girişinə qadağa qoyub. Səbəb isə BMT baş katibinin İsrailə İrandan atılan raketlərlə bağlı bəyanatında İranın adını çəkməməsi və Tehran rejimini birbaşa qınamaması göstərilib. 

Lamiyə Əhmədli

MİA.AZ