Vyetnamın cənubundakı iki böyük zooparkda quş qripi (H5N1 virusu) yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 47 pələng, 3 aslan və bir pantera ölüb.
"Vietnam News"a açıqlama verən Meşə Mühafizə Birliyinin direktoru Lai Nqoc Dau Bien Hoa şəhərindəki Vuon Xoai zooparkında 20 pələng və 1 panteranın öldüyünü təsdiqləyib: "Təəssüf ki, eyni vaxtda digər zooparkımızada - Long An rayonundakı My Quynh zooparkında da 27 pələng və 3 aslan "quş qrip"i üzündən ölüb. Onların qan nümunələrində "quş qripi" kimi tanınan H5N1 virusu aşkarlanıb".
O əlavə edib ki, bölgədə vəhşi heyvanların ölümünə səbəb olan bu virusa qarşı digər qurumlarla birgə mübarizə tədbirləri hazırlanıb: "Ümid edirəm ki, planımız qısa zamanda uğurlu nəticəsini verəcək".
Qeyd edək ki, Asiyada bir əsr əvvəl təxminən 100 mindən çox pələng olub. İndisə onların sayı 5600-ə düşüb.
Ləman
MİA.AZ