Ukrayna rəsmiləri Rusiya ordusunun son 24 saat ərzində ölkənin müxtəlif bölgələrinə raket zərbələri endirdiyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 2 mülki şəxs hlak olub, biri Türkiyə vətəndaşı olmaqla 52 nəfər yaralanıb.
Donetsk Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, təmsil elədiyi bölgədə 5 mülki vətəndaş yaralanıb.
Zaporojya Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovisə deyib ki, şəhərə endirilən zərbədə bir nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Sumidə də bir nəfər həlak olub, 3 yaralı var.
Odessada isə Rusiyanın hücumu nəticəsində 2 nəfər yaralanıb: "Onlardan biri yük maşını sürücüsü olan Türkiyə vətəndaşıdır. Hər iki yaralının vəziyyəti ağırdır".
Xarkov Vilayət Prokurorluğundan bildirilib ki, Rusiya ordusunun yaşayış məntəqələrinə təşkil etdiyi hücumlarda biri uşaq olmaqla 7 nəfər cəsaərt alıb.
Samir MUSAYEV
MİA.AZ