Energetika naziri Pərviz Şahbazov Braziliyanın mədən və energetika naziri Aleksandr Silveiranın dəvəti ilə bu ölkəyə səfər edib.
Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Braziliyanın Foz do İquaçu şəhərində keçiriləcək Təmiz Enerji üzrə 15-ci (CEM-15) və İnnovasiyalar üzrə 9-cu (Ml9) Nazirlər iclaslarında, oktyabrın 4-də isə G20 Enerji Keçidi Nazirlərinin İclasında və Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun həmsədrliyi ilə keçiriləcək Enerji Keçidi üzrə 4-cü Yüksək Səviyyəli Dialoqda iştirak edəcək.
Səfər zamanı tədbirlərdə nazirin çıxışları və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.