Sloveniyanın xarici işlər naziri Tanja Fajon İsrailin baş naziri Benyamin Netanyahuya diqqətçəkən jestlə çağırış edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqı ölkələrinin Livan və Qəzzada artan mülki itkilərdən və regional müharibədən narahat olduqlarını ifadə edən naziirn sözlərinə görə, İsrail mütləq savaşa son verməlidir: "Netanyahu, bu müharibəni bitir! Artıq bölgədə faktiki 1 milyondan çox əlavə köçkün yaranlb. İndi İsrailin quru hücumu vəziyyəti daha da çıxılmaz hala gətirəcək. O səbəbdən, biz bütün tərəfləri təmkinlə hərəkət etməyə, bundan çəkinməyə, mülki insanları qorumağa və müharibəni bitirməyə çağırırıq. Hər kəs beynəlxalq hüquqa hörmət etməlidir"
Sloveniyalı nazir təcili atəşkəsin artıq qaçılmaz olduğunu deyib: "Biz bunu həmişə demişik. Beynəlxalq hüququn pozulması, günahsız dinc əhalinin, uşaq və qadınların öldürülməsi ilə Qəzzada hadisələrin daha da böyüyəcəyini söylədik. Bu gün də bunun şahidi oluruq. Buna görə də biz Avropa İttifaqı olaraq, zorakılığın dayandırılmasına çalışmalıyıq".
Xarici işlər naziri Tanya Fajon sözlərinin sonunda yenə İsrailin baş nazirinə eyni jestlə səslənib: "Netanyahu, bu müharibəyə son qoy!”.
Zülfiyyə
MİA.AZ