Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bütün ailə üzvləri ilə birgə İtaliyaya yola düşməyə hazırlaşır.

Mia.az Pia.az-a istinadən xəbər ki, Ağcabədinin icra başçısı özü də daxil olmaqla, bütün ailə üzvlərinə (8 nəfər) səfirlikdən viza alıb.

Mənbənin dediyinə görə, İtaliyaya istirahətə gedənlərin arasında başçının həyat yoldaşı, qızları, oğlu, nəvəsi və digər yaxın qohumlarının adı var. Onların əvvəlcə Avstriya, sonra Sloveniya. oradan isə 15 günlük İtaliya turnesinə çıxacaqları bildirilir.

Xatırladaq ki, icra başçının əməkhaqqı 850 manatdır.