Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyi yaxınlığında ard-arad iki partlayış törədilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kopenhagen polisinin sözçüsü Yens Jespersen açıqlamada İverib.
O bildirib ki, partlayışlar yerli vaxtla saat 03.30 radələrində baş verib: "Hədəfin Kopenhagendəki İsrail səfirliyi olub-olmadığını hələ dəqiqləşdirmək mümkün olmayıb. Həmin ərazidə başqa ölkələrin də səfirlik binaları var. Hadisə ilə bağlı 15-20 yaşlarında 3 isveçli saxlanılıb, istintaq davam edir".
Polis sözçüsü hadisə nəticəsində ölən və yaralanan olmadığını da sözlərinə əlavə edib.
Danimarkanın ədliyyə naziri Peter Hummelgaard hadisə barədə suala lokal cavab verib: "Səbəb barədə şərh vermək hələ tezdir"
Zülfiyyə
MİA.AZ