İyulun 14-də Gəncə şəhər Nizami Rayon Məhkəməsində "Kamil Vətəndaş" İB-nin rəhbəri Həsən Hüseynliyə hökm oxunub.

Həsən Hüseynli son sözünü deyəndən sonra hakim Ayaz Mahmudov birlik sədrinin 6 il azadlıqdan məhrum edilməsi haqqında hökmü elan edib.

Həsən Hüseynlinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib.

İyulun 11-də dövlət ittihamçısı Həsən Hüseynliyə 7 il həbs cəzası istəmişdi.