İsrail ordusu Livanın paytaxtı Beyrutu növbəti dəfə bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu açıqlama yayıb.
Bildirilib ki, Beyrutun cənubundakı Dahiye rayonunda "Hizbullah"ın binaya zərbə endirilib: ""Hizbullah"ın qalası olan Dahiyənin Cenah bölgəsində terrorçuların yuvalandığı iki mənzil tərəfimizdən vurulub".
Livan mediası xəbəri təsdiqləyib. Qeyd edilib ki, zərbələr nəticəsində bina çökübn, xeyli ölən və yaralananlar var: "Əraziyə təcili yardım maşınları göndərilib. Ölən və yaralılarla bağlı hələlik statistik məlumat aparılmayıb".
Tahir Şəlvəli
MİA.AZ